Cazibədar mafia xanım lider - FOTOLAR

4 İyun 2014 12:02 (UTC+04:00)

Mafiya lideri Klaudia Oçoa Feliks sosial mediada ulduz olub.

Meksikada son illərdə ABŞ kəşfiyyatıyla birlikdə edilən əməliyyatlarda bir çox mafiya lideri öldürülüb və ya tutularaq həbsxanaya göndərilib.


 Movqe.Az xəbər verir ki, liderlərini itirən Sinoloa karteline bağlı Antraks qrupunun yeni qadın lideri isə Meksika və Latın Amerikası mətbuatının və sosial medianın yeni ulduzu olma yolundadır .

Meksika mətbuatı , "Antraks Empress" ləqəbli Klaudia Oçoa Feliksin Antrakslar şəbəkəsinin yeni lideri olduğunu yazır. Klaudianın bir anda fenomen olmasını təmin edən isə , hər fürsətdə tvitter və youtube hesabından paylaşdığı , lüks həyatını gözlər önünə sərən kalaşnikov və bikinili fotolarıdır. 

27 yaşındakı Klaudianın , keçən il Hollandiyada tutulan və ABŞ-a qaytarılması gözlənilən Antraxlar qrupu lideri Radrigo Arechiga Gamboanın yerinə keçdiyi deyilir.