Bu il paytaxtda baş verən yol qəzalarında 102 nəfər ölüb

4 İyun 2014 14:44 (UTC+04:00)

Bu il Bakıda baş verən yol qəzalarında 102 nəfər ölüb.


Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, cari ilin ilk 5 ayında  paytaxt ərazisində 400 yol qəzası baş verib . Nəticədə 102 nəfər ölüb, 439 nəfər xəsarət alıb.

 

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə, 35 ölüm faktı azalıb, xəsarət alanların sayı isə 28 fakt artıb.