"Sevincsiz həyat yoxdur, varım da, yoxum da odur"

4 İyun 2014 15:39 (UTC+04:00)

Müğənni Nadir Qafarzadə var-dövlətini həyat yoldaşına vəsiyyət edib. 


Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "Şou+" verilişinə açıqlamasında bildirib: 


"Bəziləri həyat yoldaşını incidir, deyir "arvad evdə yemək bişirər, paltar yuyar". Mənim fikrimcə, həyat yoldaşını sevmək, xoş sözlər demək, əzizləmək, nəvaziş göstərmək lazımdır. Mənim üçün Sevincsiz həyat yoxdur. Varım da, yoxum da odur. Hər zaman deyirəm ki, öləndə nəyim var, ona qoyacam. Var-dövlətimi həyat yoldaşıma vəsiyyət etmişəm. Özü kimə nə istəsə, onu da verər" deyən N.Qafarzadə  yenidən İstanbulda ev almaq niyyətinə düşüb:


"Budəfəki səfər zamanı yeni bir mənzilə baxdım, xoşum gəldi. Amma hansı ünvanda yerləşdiyini deməyəcəm. Bizim gözügötürməyənlər gedib binanı partladarlar. Paxıllıqlarından qəbul edə bilmirlər".