Dünya çempionatında qolsuz və xalsız komandaları

4 İyun 2014 16:18 (UTC+04:00)

Bu il sayca 20-ci dəfə keçiriləcək dünya çempionatları tarixində, böyük uğur qazanan komandalarla yanaşı, zəif nəticə göstərən yığmalarda mübarizə aparıb.


Movqe.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, indiyə qədər dünya çempionatında iştirak edən 5 ölkə turnirdə nə xal toplamağı, nə də qol vurmağı bacarıb.


Bu millilər Kanada, Çin, İndoneziya, Tirinidad, Tobaqo, Konqodur.


9 ölkə isə mundialı xalsız başa vurub. 


İraq, BƏƏ, Haiti, Çin, İndoneziya, Kanada, Konqo, Toqo və Salvador yığmaları indiyə kimi bir xal belə toplaya bilməyiblər.


Qeyd edək ki, bu komandalardan  Salvador iki dəfə çempionatda çıxış edib. Digər ölkələr isə yalnız  hərəyə bir dəfə dünya kuboku yarışında oynamaq hüququ əldə edə bilib.