Bakıda badımcandan telefon çıxdı (FOTO)

4 İyun 2014 16:22 (UTC+04:00)
Bakıda təcridxanada badımcanın içərisindən mobil telefon çıxıb. Movqe.az-ın Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, xidmətin əməliyyat aparatının əməkdaşları Bakı İstintaq təcridxanasında axtarış-baxış keçiriblər. Təcridxanada saxlanılan İbrahim Nadir oğlu Muxtarova xalası oğlu vətəndaş Maarif Nuhbala oğlu Dəmirovun gətirdiyi sovqata baxış olub. Keçirilən baxış zamanı sovqatda olan badımcanın içərisindən daxilində danışıq kartı olmayan 1 (bir) ədəd "Kenxinda" markalı mobil telefon aparatı aşkar edilib. Qeyd edək ki, İbrahim Muxtarov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2 maddələrinə əsasən həbs edilib. Fakt üzrə araşdırma aparılır.