Qeyd edək ki, Azercell Telekom mütəmadi olaraq mobil internet istifadəçiləri üçün endirimli kampaniyalar və sərfli xidmətlər təklif edir. Bir müddət bundan öncə şirkət abunəçiləri üçün "Fərdi paket" xidmətini istifadəyə verib. Azərbaycanda ilk dəfə təqdim olunan bu yenilik Azercell abunəçilərinə maksimal dərəcədə müsbət müştəri təcrübəsi və şəffaflıq təmin etməklə, yalnız bir əməliyyatın köməyi ilə məhz onlara gərəkli olan həcmdə xidmətləri seçməyə imkan verir.
Əlavə olaraq bildirmək istərdik ki, 2013-cü ildə Ookla Net Index göstəricisinə əsasən, Azərbaycanda ən yüksək mobil internet sürətini - saniyədə 5.5 MB məhz Azercell təmin edir. Şirkətin hər ikinci abunəçisinin fəal mobil internet istifadəçisi olduğu halda, Azercell müştəriləri arasında mobil internetdən istifadənin artım göstəricisi 120%-dən artıq olmuşdur. Məlumat üçün bildirək ki, son 2 il ərzində Azercell Mobil Internetin 1 MB üçün olan qiymətini 13 dəfə aşağı salıb. Etibarlı rabitə və unikal xidmətlərlə bərabər, Azercell öz abunəçilərini hər zaman olduğu kimi, yeni kampaniyalar və sərfəli tarif planları ilə sevindirməkdə davam edir.