İlham Əliyev Türkiyəyə işgüzar səfərə getdi

4 İyun 2014 18:45 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib. 

Movqe.az-ın məlumatına görə, ölkə başçısı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün iyunun 4-dən Türkiyə Respublikasında işgüzar səfərdədir. 


Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Bodrum-Milas Beynəlxalq hava limanında prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.