Obamadan Ukraynaya 5 milyon dollarlıq yardım

5 İyun 2014 11:50 (UTC+04:00)

ABŞ prezidenti Barak Obama, Avropa səfərinin ilk dayanacağı Polşada Ukraynanın yeni prezidenti Petro Poroşenko ilə görüşüb. 


Movqe.Az xəbər verir ki, Obama, Ukraynaya 5 milyon dollarlıq  hərbi kömək sözü verib. Kömək daxilində Ukraynaya, 5 milyon dollarlıq döyüş zirehi, gecə görmək üçün gözlük və ünsiyyət heyəti də göndəriləcək. "Beynəlxalq cəmiyyət arxasında dayansa, Ukrayna canlı və güclü bir demokratiya halına gələ bilər" deyən Obama, Poroşenkoya dəstəyini çatdırıb.