Müğənni ona "dana" deyənləri bədbəxt adlandırdı və ...

5 İyun 2014 12:06 (UTC+04:00)
Hamiləlik müddətində 34 kilo almasına baxmayaraq üç ayda 30 kilo verən müğənni Demət Akal ,ona "dana" deyənlərin cavabını verib. Mövqe.az müğənninin  "tweeter" hesabına istinadən xəbər verir ki, əsəbiləşən müğənni hətta həmkarlarına bədbəxt" deyə müraciət də edib: "Yaxşı ki, mənə sosial mediada "dana" yazdılar. Amma təzəlikcə ana olan qadına dana demək olmaz ki... Elə dedilər nə oldu? Mən bir az da həvəslənib, çox kilo verdim. Onsuz da söz atanların çoxu ailəli ,uşaqlı və kilolarını verə bilməyən insanlardır. Niyə ərinlə bədbəxtliyini və kilo verə bilməmək acını məndən çıxardırsan ? ".