Kseniya Sobçak işsiz qaldı

2 İyul 2012 16:15 (UTC+04:00)

Mövqe.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, axır vaxtlarda başı qalmaqallara qarışan  teleaparıcı Kseniya Sobçakı  "Дом-2"  realiti şousuna aparıcılıq etməkdən məhrum ediblər.

Teleaparıcı " Twitter " sosial şəbəkəsində yazıb: " Dünən mən "Дом-2" telelayihəsi ilə kontraktımı uzatmadım. Bu mənim şəxsi qərarımdır. Bu illərdə mənimlə işləyən hər kəsə təşəkkür    

edirəm ".  Əslində teleaparıcının bu layihədən uzaqlaşdırılması barədə qəti qərar hələ may ayında məlum idi. Lakin bu barədə Kseniyanın xəbəri yox idi və biləndə böyük skandal yaratmışdı. Sobçakın əvəzinə isə bu layihəyə aparıcı kimi müğənni Vera Brejneva təklif almışdı. Ancaq bu qarışıqlığı görən Vera Brejneva  təklifi qəbul etməyib. Layihə zamanı Kseniya Sobçak öz məsuliyyətsizliyi, gecikmələri ilə hamını bezdirmişdi. Efir zamanı çatanda isə onlar məcbur qalıb yeni aparıcıları çağırırdılar.