Qadınlardan könüllü sünnət istəyi

5 İyun 2014 14:36 (UTC+04:00)

Afrikada qadın sünnətlərindən ölən insanların sayı gün keçdikcə artmağa davam edir. Bu dəfə Massai qəbiləsindən olan cütlüyün 13 yaşlı Raima Ntaqausa adlı qızı Nayrobianın cənubundan bir qədər aralıda yerləşən Kajiado əyalətində sünnət olunub və əməliyyat doğru aparılmadığından, qan itkisindən dünyasını dəyişib. Bu haqda Movqe.Az "Guardian"a istinad edir. Onun ölümündə  Cekson Lesale Lanoi və Eunice Sintana Lesale cütlüyü təqsirkar bilinib. Lakin onların məhkəməsi 26 iyuna təxirə salınıb. Massaili Cekson Lesale Lanois açıqlamasında: "Biz qadın sünnətlərində təcrübəliyik. Qadın ölümləri çox nadir hallarda baş verir. Bu da onlardan biridir. Burada cinayət hesab olunacaq heç nə yoxdur" deyib. Dünyasını dəyişən 13 yaşlı qızcığazın 4 aylıq uşağı da olub.

 Maraqlısı odur ki, Massaili qadınlar Lanoisə dəstək vermək üçün yürüş keçiriblər. Onlar qadın sünnətlərinin (FGM) onların mədəniyyətlərinin bir hissəsi olduğunu, hökümətin buna qanuni icazə verməsini tələb ediblər. Nümayişlər zamanı yaranan toqquşmalarda 3 jurnalist və bir yerli nümayəndə ağır yaralanıb. Ölkədə cəmi 270 qız sünnət olunmaqdan boyun qaçırıb. Onları  müdafiə edən Kenya birinci xanımı Marqaret Kenyatta 21-ci əsrdə qadın sünnətlərinin əhəmiyyətli olmadığını söyləyərək, xalqını bu işdən əl çəkməyə çağırıb.

 Qadın sünnətləri Afrikada 2011-ci ildən qanunsuzdur.  Buna baxmayaraq, sünnət Afrikanın 28 şəhərində qeydə alınıb.

 Qadın sünnəti, klitoris seqmenti, bızır seqmenti və ya genital əlillik, ümumiyyətlə prepus və klitorisin kəsilərək alınması şəklində görülən cərrahi əməliyyatdır. Birləşmiş Millətlər Təşkilatının, Dünya Səhiyyə Təşkilatı və müxtəlif dövlətlər tərəfindən genital əlillik olaraq adlandırılmaqdadır. Xüsusilə orta Afrika qəbilə cəmiyyətlərində və bəzi Cənub-Şərqi Asiya ölkələrində edilən daha çox ənənəvi bir əməliyyatdır.

Klitor kəsimi xüsusilə orta Afrika qəbilələrində həyata keçirilən bir tətbiqdir. Afrika ənənələrinə görə klitoris kəsimi qadının təmizliyi və saf bir ana ola bilməsi üçün lazımlıdır. Klitor seqmenti edilməmiş qadınların evlənməsini doğru qarşılamırlar . Bəzi qəbilələr isə uşağın doğum əsnasında kəsilməmiş klitorisə dəyməsi vəziyyətində öləcəyinə inanırlar.