"Polis insan ovu başlatdı"

5 İyun 2014 17:10 (UTC+04:00)

Küçələrdə fərqli geyimləriylə və cüt avtomatik tüfənglə gəzən 24 yaşındakı şəxs ölkədə qorxu yayır. 3 polisi öldürən, 2 polisi yaralayan bu şəxs üçün insan ovu başladılıb.


Movqe.Az xəbər verir ki, Kanadanın Nyu-Brunsvik bölgəsinə yaxın Moncton şəhərində , küçədə təsadüfi atəş açan , girdiyi qarşıdurmada üç polisi öldürən iki polisi də yaralayan Bourquenin ələ keçirilməməsiylə , polis Moncton sakinlərinə olduqları yerdən ayrılmamaları və çölə çıxmamaları çağırışı edib.


Polis əleyhdarı və silah düşkünü olduğu bildirilən təcavüzkarın , polislərlə girdiyi qarşıdurma anında bir ev daxilində yaşananlar da kameralara əks olunub.