Obamanın bu görüntüləri qalmaqal yaratdı /VIDEO

5 İyun 2014 18:19 (UTC+04:00)

ABŞ prezidenti Obamanın fitness salonundakı görüntülərinin sosial mediada paylaşılması müzakirəyə yol açıb.


Polşanı ziyarət edən ABŞ prezidenti Barak Obamanın , paytaxt Varşavada qaldığı otelin idman salonunda çəkilən görüntüləri Amerika ictimaiyyətində günün mövzusu olub.


Movqe.Az xəbər verir ki, qulağında qulaqlıq , üstündə qara köynək ağırlıq çalışan prezident Obamanın görüntülərinin eyni salonda olan bir şəxs tərəfindən çəkilərək sosial mediada paylaşılması , "Prezident Obama belə qorunur? şərhinə gətirib çıxarıb. Daha əvvəl bir çox qalmaqal yaşayan ABŞ Təhlükəsizlik Xidməti tənqid olunub. Gizli Xidmət spikeri bir şərh etmək məcburiyyətində qalıb.


Spiker Ed Donovan ,"Çəkilən video da prezidentin yemək yediyi restoranlarda olan şəxslər tərəfindən çəkilən videolardan fərqli deyil" deyə bildirib.