Pakistana Amerika təyyarəsinin hücumu

2 İyul 2012 16:44 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Pakistanda Amerikaya aid pilotsuz hava vasitəsinin (İHA) hücumunda 8 nəfərin öldüyü bildirilib. Pakistanlı kəşfiyyat səlahiyyətliləri Əfqanıstan sərhədi yaxınlığındakı qəbilə bölgəsi sayılan  Şimal Vəziristanda bu gün təşkil edilən hücumda Dre Nişter kəndindəki bir evin hədəf alındığını söyləyib. Rəsmilər vurulan evin Hafiz Gül Bahadırla bağlı şəxslər tərəfindən istifadə edildiyini, hücumda ölənlər arasında bəzi əcnəbi vətəndaşların da olduğunu əlavə edib.