Bakı küçələrində günəş enerjisi ilə çalışan yeni yol nişanları quraşdırıldı

5 İyun 2014 18:39 (UTC+04:00)

Movqe.az Anspress-ə istinadən xəbər verir ki, həmin yol nişanlarının üzərində günəş panelləri quraşdırılıb və o panellər gün ərzində gün şüasını elektrik enejisinə çevirir.


Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib ki, alınan elektrik enerjisi yol nişanlarının üzərində olan müxtəlif rəngli işıqların gecə ərzində yanmasına səbəb olur:


"Gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol kənarlarında olan həmin nişanlara baxıb hərəkəti tənzimləyir. Günəş enerjisi ilə işləyən yol nişanları artıq şəhərin bir çox küçələrində quraşdırılıb. Bundan sonra Günəş panelləri quraşdırılan yol nişanlarının sayı artırılacaq", – deyə şöbə rəisi söyləyib.