Əsgərlərimizin ərzaq payı normaları dəyişdirildi

5 İyun 2014 19:00 (UTC+04:00)

Azərbaycan hərbçilərinin ərzaq payı normalarına dəyişiklik edilib

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında dəyişikliklər edilib. 


Movqe.az-ın məlumatına görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşunları və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və rəis heyəti üçün quru ərzaq payı Normaları"nın cədvəlində dəyişiklik edilib. 


Belə ki, 1 nəfərin gündəlik ərzaq normasına 150 qr ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd artırılıb.