Samiraldodan şok açıqlama: “Azərbaycanda ərə getmərəm”

5 İyun 2014 19:18 (UTC+04:00)

Tanınmış prodüser Samiraldonun son vaxtlar öz həmcinsi ilə ailə quracağı barədə xəbər dolaşmaqdadır.

 

Prodüser hətta toy tədarükünə də başlayıb.

 

Samiraldonun özü isə publika.az-a açıqlamasında belə deyib: "Tutaq ki, mən ərə gedirəm. Belə olsa, bunu gizlətmək mümkün olmayacaq. Bakı balaca şəhərdir, burada belə bir hal baş versə, bütün mətbuat, insanlar bundan xəbər tutacaqlar. O ki qaldı mənim oriyentasiyama, bəli, sənətim, işim insanlarda şübhə yaradıb ki, mən homoseksual, ya da biseksualam. İnsanların belə düşünməyi anlaşılandır. Çünki həqiqətən də geyimlərimdə, görünüşümdə onlara bənzəyirəm. Halbuki moda aləmində məşhur stilist və modelyerlər mənim kimi geyinirlər. İstədikləri saç düzümünü edirlər. Ərə getmək istəsəm, Azərbaycandan gedərdim. Heç kimin haqqı yoxdur ki, "Samirin oriyentasiyasında problem var" desin". publika.az