Xalq artisti İlhamə Quliyeva yay tətilini indidən planlaşdırıb.
Axşam.az-ın məlumatına görə, müğənni istirahət üçün İtaliyaya yollanacaq:
"İlin bütün fəsillərində istirahətimi düşünürəm. Azərbaycanın bölgələrinə də, xaricə də səfər edirəm. Ən çox İtaliyanı sevirəm, bu il gedəcəm. Orada istədiyim kimi dincəlirəm. Eyni zamanda alış-veriş edirəm. Daha sonra istirahətimi gözəl bölgələrimizdə davam etdirəcəm".