Günelin dəniz qorxusu

5 İyun 2014 21:24 (UTC+04:00)

Aparıcı Günel Hümbətova maraqlı fobiyası olduğunu etiraf edib.

Axşam.az-ın məlumatına görə, o, dənizdən qorxduğunu deyib: 


"Son beş-altı ildir ki, dənizə getmirəm. Məndə həşəratlara qarşı fobiya yaranıb. Dənizə girəndə ayağıma balaca bir daş da dəysə, qorxumdan ürəyim gedər. Buna görə də, ancaq hovuzu olan məkanlara gedirəm".