Şəhid əsgərimizin qisası alındı

5 İyun 2014 19:50 (UTC+04:00)

Ararat-Naxçıvan sərhədində iki erməni əsgəri  öldürülüb. Movqe.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın Müdafiə Nazirliyi yayıb. Nazirlik yaydığı məlumatda Azərbaycanı atəşkəs haqqında müqaviləyə əməl etməməkdə günahlandırıb. Ermənistan tərəfi öldürülən əsgərlərin Andranik Samveloviç Yeqoyan və Boris Benikoviç Qasparyan olduğunu bildirib. Qeyd edək ki, bir müddət öncə Ermənistan tərəfinin Naxçıvan istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri  Zaur Həsənli şəhid olmuşdu.