Neftin qiyməti düşüb

6 İyun 2014 10:40 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,16 dollar ucuzlaşaraq   1 barelə görə 102,48 dollar təşkil edib.

 

APA-nın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,39 dollar ucuzlaşaraq 108,79 dollar olub.