10 min qalaktika bir fotoşəkildə

6 İyun 2014 11:14 (UTC+04:00)
Habl Kosmos Teleskopu tərəfindən çəkilən bir fotoşəkildə ilk dəfə 10 min qalaktika bir yerdə göstərilib. Movqe.Az xəbər verir ki, rəngarəng görüntülərə səhnə olan fotoşəkillərdə ilk dəfə ultrabənövşəyi şüalar istifadə edilib. Panoramik fotoşəkildə yaşları 5-10 milyon il arasında dəyişən qalaktikalar görülür. Habl Kosmos Teleskobunu istifadə edən astronavtlardan Zolt Levay, ultrabənövşəyi şüaların istifadə olunduğu fotoşəkillərin elm dünyasına çox böyük bir dərinlik təqdim etdiyini söyləyib.