“Ərim işə getdi, gəl...”

6 İyun 2014 11:30 (UTC+04:00)

Türkiyədə bir qadın iki kişi arasında qan tökülməsinə səbəb olub.
 

Türkiyənin Adana şəhərində yaşayan 33 yaşlı Mustafa Kılıc həyat yoldaşı 29 yaşlı Yeliz Kılıc ilə 6 ay münasibətdə olan 48 yaşlı Fevzi Eri evinə çağıraraq öldürüb.

Hadisə ötən gün günorta saatlarında baş verib. Bildirilir ki, 1 uşaq anası olan Yeliz Kılıc 3 il əvvəl həyat yoldaşı Mustafa Kılıcdan boşanmaq üçün ayrılıb.

Həmin vaxtlar gənc qadın dönərçi işləyən Fevzi Erlə münasibət qurmağa başlayıb. Altı aylıq eşq münasibətlərindən sonra gənc qadın əvvəlki əri ilə barışıb və əri evə qayıdıb. Dönərçi sevgili isə yenə əlaqələrini davam etdirmək istəsə də, qadın bunu qəbul etməyib. 

Onun bu təkidləri qadını bezdirib və ərinə bu barədə danışıb. "Mən səni sevirəm, bir səhvdir eləmişəm" deyərək, əri ilə birlikdə plan qurublar.

Plana uyğun olaraq, qadın dönərçi sevgilisinə zəng edərək, "ərim işə getdi, gəl görüşək" deyib.

Fevzi Er də hər ehtimala qarşı yanında bıçağını götürüb. Evə gələrkən isə Mustafa kılıcla qarşılaşıb. Tərəflər arasında dava düşüb, elə bu vaxt dönərçi bıçağını çıxarıb. Mustafa isə onun bışağını əlindən alaraq, qasıq hissəsinə və sinəsinə zərbələr endirib.

Yaralanan Fevzi qaçmağa çalışarkən nərdivanlarda yerə yıxılıb. Hadisə yerinə gələn təcili yardım üzvləri onun öldüyünü müəyyən ediblər. 

Cütlük isə polis tərəfindən saxlanılaraq təcridxanaya salınıb. /Ans/