Azərbaycanda Fonddan yenilik

6 İyun 2014 12:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu özünün facebook səhifəsində (https://www.facebook.com/Elmfondu) sualları cavablandıracaq.  Fondun mətbuat xidmətindən  Movqe.az-a verilən məlumata görə, iyunun 9-da vətəndaşlar Fondun fəaliyyət istiqamətləri, fundamental tədqiqat işlərinin maliyyələşdirilməsi məqsədilə həyata keçirilən qrant müsabiqələri, gənc alimlərə dəstək, xaricdə elmi təcrübə keçmələrin maliyyələşdirilməsi, Fondun gələcək planları və s. bağlı suallarını ünvanlaya bilərlər. Suallara operativ şəkildə, qısa və dolğun şərhlər vasitəsilə cavab veriləcək.