Şəkər tozu bahalaşdı

6 İyun 2014 13:25 (UTC+04:00)

Bazarda şəkər tozunun qiyməti bahalaşıb. İki gün öncə ərzaq mağazalarında 98 qəpiyə, 1 manata satılan şəkər tozunun qiyməti 1 manat 20, 1 manat 30 qəpik olub.  Satıcılar şəkər tozunun bahalaşmasının səbəbini müxtəlif cür izah etdilər. Onlarla söhbət zamanı öyrəndik ki, şəkər tozunun bahalaşması qışa tədarüklə bağlıdır. Belə ki, satıcılar son günlər mövsüm meyvələri bollaşdığından şəkər tozuna tələbatın artdığını, bu səbədən qiymətdə dəyişiklik baş verdiyini söylədilər. Topdansatış obyektində satıcı işləyən Xavər Muradov bu həftənin sonuna qədər şəkər tozununun qiymətinin 1 manat 50 qəpiyədək artacağını da söylədi. Onun sözlərinə görə, şəkər tozunun qiymətinin artımı tələbatın artması ilə əlaqədardır.