Dövlət Sərhəd Xidməti əməliyyat keçirdi

6 İyun 2014 16:10 (UTC+04:00)

Əməliyyat zamanı Cəlilabad sakinindən 5 kiloqram tiryək tapılıb

Azərbaycanda külli miqdarda narkotik vasitə aşkarlanıb. 


Movqe.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istindən verdiyi məlumata görə, əməliyyat Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilib.


Əməliyyat zamanı Cəlilabad rayonunun Şükürlü kəndinin ərazisindən 5 kiloqram tiryək tapılıb. Toplanmış materiallar Cəlilabad rayon polis şöbəsinə göndərilib.


Faktla bağlı araşdırma aparılır.