Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə Qazisi Hacı Mirqiyas Təhməzovun 70 illiyini qeyd edib

6 İyun 2014 11:30 (UTC+04:00)

Masallı rayon Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə Qazisi Hacı Mirqiyas Təhməzovun 70 illiyinə həsr olunmuş təbdir keçirilmişdir.


İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər və ruhuna dualar oxuyub fatihə verdilər.


Sonra Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət evində tədbirin açılışı oldu. Tədbir giriş sözü ilə Masallı rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Əsədov açaraq tədbirdə iştirak edənləri salamladı və yubiliyar barədə öz xatirələrini bölüşdü, yubiliyarın həyat yolundan tədbir iştirakçılarına bəhs etdi.

 

Azərbaycan jurnalisti, Ümumrusiya Azərbaycanlıları Ko nqresinin (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) Murmansk regional şöbəsinin mətbuat katibi,  

region hökuməti yanında Millətlərə dair işlər üzrə Məsləhət Şurasının üzvü, Azərbaycan və Rusiya Jurnalistlər İttifaqlarının üzvü ƏLİHÜSEYN ŞÜKÜROV növbəti xəbərində q eyd edir ki, Azərbaycan Respublikascının Prezidenti cənab İlham Əliyev 4 sentyabr 2013-cü ildə  Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdə 

Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas TƏHMƏZOVU da dinlədi. Mirqiyas ağa çıxışında  dedi:


- Cənab Prezident, ulu öndər Heydər Əliyevin çəkdiyi o zəhmət bu gün bəhrəsini verir. Siz onun davamçısısınız. Mən həmişə tədbirlərdə deyirəm ki, bizim hamımızın üzərində ulu öndər Heydər Əliyevin haqqı vardır. Ümummilli Lider bizim üçün iki əmanət qoyub - biri canlı, o biri cansız əmanətdir. Canlı əmanət Sizsiniz. Cansız əmanət isə bizim müstəqilliyimizdir. Biz rəhbərimiz, böyüyümüz kimi hər zaman Sizin arxanızdayıq. Sizə çox böyük minnətdarlıq edirəm. Həzrəti Peyğəmbərə sual verdilər ki, ya Rəsul Allah, ən qiymətli yer haradır? Peyğəmbər dedi ki, ən qiymətli yer məktəbdir. Dedilər ya Rəsul Allah, məsciddən də qiymətlidir? Dedi bəli. Dedilər Məkkədən, Minbərdən də? Dedi bəli. Çünki məktəb bizim gələcəyimizi yetişdirir. Minbərdə oturan, moizə edən alim də məktəbdə yetişib. Məkkəyə gedən də məktəbdə yetişib gedir. Siz ki, Mehriban xanımla birlikdə mədəniyyətimizə, təhsilimizə, məktəblərə, universitetlərə, ziyalılarımıza bu qədər qiymət verirsiniz mənim cəddim xatirinə, Peyğəmbər xatirinə Allah Sizə yar olsun, Allah Sizə uzun ömür, cansağlığı versin. Eşitdik ki, bizim Heydər balamız instituta daxil olub, ona görə də Sizi təbrik edirik. Bu nəsil bizə həmişə lazımdır. Heydər balamıza da Allah cansağlığı versin. O gün olsun ki, bu görüşü biz Qarabağda - Şuşada, Xankəndidə keçirək, sevincimiz daha da artsın. Çox sağ olun.



Tədbirdə iştirak edən rayon İcra Hakimiyyəti başçısının I müavini Nadir Abıyev Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOB və bütün kollektivi adından yubiliyarı təbrik etdi. 

Qiymətli hədiyyələrini təqdim edərək öz xoş arzularını dilə gətirdi.


Rayon Ağsaqqallar Şurasının sədr müavini Maşallah Kərimov yubiliyar Hacı Mirqiyas Təhməzovun həyatı barədə geniş məruzə ilə çıxış etmişdir.


Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev yubiliyarın misilsiz xidmətlərindən bəhs edərək Azərbaycanın çətin günlərində Ulu öndər Heydər Əliyevin ətrafında cəmləşənlərdən olduğunu, böyük əzmkarlıq göstərdiyini və rayonu əsl ziyalı, əsl ağsaqqal, əsl ruhani kimi layiqincə təmsil etdiyini vurğulamışdır.


Gələn qonaqlardan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullah, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cənub bölgə şöbəsinin nümayəndəsi Kamil Zülfü oğlu Bağırov,  qohumu Mirmahmud Fəttayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şöbəsinin müdiri Qağayi Məmmədov, Prezident təqaüdçüsü Şirvan Əbilov və cənub bölgəsinin ruhaniləri, din xadimləri, ağsaqqalları, ziyalıları çıxış edərək yubiliyarla olan xatirələrindən söhbət açmış, ötən anları xatırlamış və yubiliyara olan səmimi təbriklərini çatdırmışlar.


Çıxışların sonunda göstərilən diqqət və qayğıya görə Masallı Rayon İcra Hakimiyyətinin başçısı çox hörmətli cənab RAFİL İSRAFİL OĞLU HÜSEYNOBA, 

rayon Ağsaqqallar Şurasına xoş sözlərinə və təbriklərinə görə bütün çıxış edənlərə dərin minnətdarlığını bildirən Hacı Mirqiyas Təhməzov hər kəsi ölkəmizin müstəqilliyi və suverenliyi naminə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və xalqımızın dinin inanclarının təbliğində fəal olmaq üçün bütün Qafqazın Şeyxi Şeyxulislam Hacı Allahşükür Paşazadənin ətrafında birləşməyə çağırdı.


Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdirdilər.


Qafqaz Müsəlmanları İdarəsi Cənub bölgəsi üzrə Qazisi Hacı Mirqiyas Təhməzovun 70 illiyinə həsr olunmuş tədbir Masallı şəhər cümə məscidində davam etdirildi...