Universitetdə terror aktı

6 İyun 2014 16:25 (UTC+04:00)

ABŞ-ın Seattle şəhərindəki bir Xristian universitetində reallaşdırılan silahlı hücumda ən az bir nəfərin həlak oluğu bildirilib. Seattle polisinin etdiyi şərhdə, Seattle Pacific Universitetində reallaşdırılan silahlı hücumda, ən az bir nəfərin həlak olduğu, biri ağır olmaqla 3 nəfərin yaralandığı deyilib.


Şərhdə, universitetin elm və mühəndislik binasında meydana gələn hadisədən sonra Harborvyu xəstəxanasına qaldırılan 20 yaşlarındakı bir kişinin dünyasını dəyişdiyi bildirilib.. Hadisə ilə əlaqədar şübhəlilərdən birinin tutulduğu, digər şübhəlinin axtarıldığı qeyd edilib.


Hücumun ardınca mətbuat konfransı təşkil edən Seattle Bələdiyyə Başçısı Ed Murray,'' Silahlı şiddət Seattleyə yenidən gəlib. Bu yenidən, Seattle və Amerika üçün dəhşətli  andır'' şərhini verib.


Seattleyə təxminən 7 kilometr uzaqlıqdakı Xristian məktəbi Seattle Pacific Universitetində, təxminən 4 tələbə təhsil alır.