Azərbaycanın bəzi rayonlarına qazın verilişində məhdudiyyət olacaq

2 İyul 2012 15:17 (UTC+04:00)

Bu gün təmir işlərinin aparılması ilə əlaqədar Azərbaycanın bəzi yaşayış məntəqələrinə qazın verilməsində məhdudiyyətlər olacaq.

Məlumata görə, saat 09:00-dan 19:00-dək "Aran", "Kövər" və "Ucar", saat 10:00-dan 17:00-dək "İsmayıllı" və "Talıstan" Qazpaylayıcı Stansiyalarından, saat 10:00-dan 18:00-dək isə "Ağstafa", "Əskipara I", "Əskipara II" və "Yuxarı Salahlı" Avtomatik Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.

Qeyd edək ki, təmir işləri müddətində Ucar şəhəri İsmayıllı şəhəri, eyni zamanda Ağstafa şəhəri, Qazax şəhərinin bir hissəsi, həmçinin Yevlax rayonununa təbii qazın verilişində fasilələr yaranacaq.