Maaşlar artırılacaq

6 İyun 2014 17:08 (UTC+04:00)
Pensiya artımı hər zaman ölkə başçısının diqqətində olub. Ölkədə ilbəil pensiyalar artır, bu addım cari ildə də davam edəcək.

Movqe.az-ın məlumatına görə, bunu salamnews-a Milli Məclisin Sosial-siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib.


O bildirib ki, pensiyalarla yanaşı, orta aylıq əməkhaqqının da yüksəldilməsi planlaşdırılır: "Ölkədə hər il pensiyalar 10 faiz artır. Bu il də analoji artım davam edəcək. Pensiya artımına uyğun olaraq bazarlarda da qiymətlər 2-3 faiz artacaq. Ən azından, pensiya və maaşlar yaşayış minimumuna bərabər olmalıdır".

Komitə sədri deyib ki, pensiyaların kart sistemi ilə verilməsi bir çox əngəllərə, məmur özbaşınalığı kimi problemlərə də son qoyub.