Milyardlıq müqavilə
6 İyun 2014 17:18 (UTC+04:00)
"SOCAR Türkiyə" STAR NEZ-in tikintisi üzrə kredit
müqaviləsi imzalayıb.
ANS PRESS-in məlumatına görə, imzalanma mərasiminə
Türkiyə enerji və təbii qaynaqlar naziri Taner Yıldız ilə Türkiyə
elm, sənaye və texnologiya naziri Fikri İşıq, Azərbaycan energetika
naziri Natiq Əliyev, Azərbaycan iqtisadiyyat və sənaye naziri Şahin
Mustafayev, ARDNŞ prezidenti Rövnəq Abdullayev, "SOCAR Türkiyə"
prezidenti Kenan Yavuz və ARDNF prezidenti Şahmar Mövsümov
qatılıb.
İmzalanma mərasimindən sonra çıxış edən "SOCAR
Türkiyə" prezidenti Kənan Yavuz bu kredit razılaşmasının önəmindən
danışıb: "Türkiyə real sektor tarixinin ən böyük və ən uzun
müddətli kredit razılaşmasını imzaladıq. İnşası 5,6 milyard dollara
başa gələcək NEZ üçün 3,29 milyard dollar layihə
maliyyələşdirilməsi təmin ediləcək. Yerdə qalan 2,4 milyard
dollarlıq qism isə öz qaynaqlarımız vasitəsi ilə
qarşılanacaq".
Kənan Yavuz həmçinin bu investisiyanın kifayət
qədər yüksək bir sərmayə olduğunu və Türkiyənin xaricdən asıllığını
azaldacağını söyləyib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev isə çıxışında
"Türkiyənin gələcəyinə inanırıq",- deyə bildirib.