Tolikin xoş günüdür

6 İyun 2014 18:53 (UTC+04:00)

Bu gün ölkəmizdə kifayət qədər tanınıb, sevilən prodüsser Tolikin 35 yaşı tamam olur. Mövqe.az xəbər verir ki,  əksəriyyət tərəfindən "Bir nömrəli prodüsser" adlanan Tolik ad gününü Gədəbəydə valideynlərinin və onu sevən ailə üzvlərinin əhatəsində keçirib.  Şou-biznes əhlini, dost-tanışlarını isə Tolik bazar günü başına toplayıb, əsl təm-təraq yaradacaq.


Biz də Tarix Əliyevi bu xoş günü münasibətilə təbrik edir, ona həmişə şou-biznesin görsədən güzgüsü kimi qalmağı və daima uğurlu layihələrə imza atmağı arzu edirik.