Elektrik stansiyasında partayış: ölənlər var
7 İyun 2014 10:03 (UTC+04:00)
Kosovonun paytaxtı Priştinada elektrik
stansiyasında partayış olub.
Movqe.az Anspress-ə istinadən xəbər verir ki ,
partlayış nəticəsində 3 nəfər ölüb, 14 nəfər xəsarət alıb. İlkin
ehtimallara görə, partlayışa səbəb hidrogen balonu
olub.
Partlayış zamanı stansiyanın bir hissəsi dağılıb.
Partlayış o qədər şiddətli olub ki, dalğa yaxınlıqdakı yaşayış
məntəqələrinə də zərər vurub.
Rəsmilər vəziyyyətlə əlaqədar ətraf bölgədə
yaşayanları təxliyə ediblər. Yerli sakinlər müvəqqəti olaraq daha
təhlükəsiz yerlərə köçürülüblər.
Faktla bağlı istintaq araşdırması başladılıb.
Polis partlayışın dəqiq səbəblərini müəyyən etməyə
çalışır.
Parlament seçkilərinə 2 gün qalmış baş verən
dəhşətli partlayışla əlaqədar bəzi namizədlər təşviqat
kampaniyasını təxirə salıblar.