Ərdoğan taksi sürücüləri ilə çay içdi (VİDEO)
7 İyun 2014 11:03 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan taksi
dayanacağına gedərək sürücülərlə çay içib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
ötən gün "Ortaköy" məscidinin açılışından və cümə namazından
qayıdan Ərdoğan yolda qəribə bir plakatla
qarşılaşıb.
Məlumata görə, ərazidə olan "Çırağan" taksi
dayanacağının əməkdaşları baş nazirin keçəcəyi yolda, "Cənab baş
nazir, sizi çay içməyə dəvət edirik" yazılmış plakat
asıblar.
Dayanacağa gedən baş nazir bir müddət sürücülərlə
söhbət edib və çay içib. Dayanacağın problemləri ilə maraqlanan baş
nazir daha sonra İstanbul bələdiyyəsinin sədri Kadir Topbaşı
çağıraraq ona tapşırıqlar verib.
Ərdoğan daha sonra xidməti avtomobili ilə
dayanacaqdan ayrılıb.