Türkiyədəki özəl tele kanallardan biri qeyri-adi
küçə sorğusuna imza atıb.Movqe.az ANS PRESS-ə istinadən xəbər
verir ki, sorğunu tanınmış jurnalist Abbas Güclünün müəllifi olduğu
"Genc Bakış" proqramı həyata keçirib.
Küçədə insanlara yaxınlaşaraq Hun dövləti ilə
vizaların ləğv olunduğunu deyən aparıcı onlardan bu ölkəyə tətilə
getmək istəyib-istəmədiklərini soruşur.
Respondentlərin əksəriyyəti bunu müsbət hal kimi
qarşıladıqlarını və məmnuniyyətlə dincəlmək üçün Hun dövlətinə gecə
biləcəklərini deyiblər.
Bununla yanaşı belə bir dövlətin adını ilk dəfə
eşitdiklərini və ya bir Şərq ölkəsində tətilin yaxşı keçəcəyinə o
qədər də inanmadığını deyənlər də oldu.
Sadəcə bir qadın Hun dövlətinin tarixə
qarışdığını, hazırda belə bir dövlət olmadığını
deyib.