Ərdoğan komitə sədrinin səhvini düzəltdi (VİDEO)

7 İyun 2014 14:05 (UTC+04:00)
Ötən gün Türkiyənin İstanbul şəhərindəki tarixi "Ortaköy" məscidinin restovrasiyadan sonra açılışı olub. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, açılışda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və dini dövlət komitəsi "Diyanət"in sədri professor Mehmet Görmez də iştirak edib. 

Açılış mərasimində çıxış edən Görmez möminlərin gələcək "Rəgaib" əhyasını da təbrik edib. 

Baş nazir isə arxadan "Bəraət" əhyası deyərək komitə sədrinin səhvini düzəldib. 

Açılışdan sonra tarixi məbəddə Mehmet Görmezin imamlığı ilə cümə namazı qılınıb.