112 il yaşı olan binada yaşamaq mümkün deyil

7 İyun 2014 16:18 (UTC+04:00)
Bakının Nərimanov rayonu, Qarabağ küçəsi, 17 ünvanında fərdi evlərdə yaşayan 12 ailə təhlükə ilə üzləşib. 1902-ci ildə tikilən bina qəzalı vəziyyətdədir.Movqe.az ANS TV-ə istinadən xəbər verir ki , burda yaşayanlar deyr ki, binanın taxta pilləkanları çürüyüb, eyvan isə artıq uçmaq vəziyyətinə gəlib çatıb. Hətta bir dəfə binanın eyvanı uçub da. Ona görə də, sakinlər bir gün evdən çölə çıxa bilməyiblər. Təhlükəsizlikləri naminə mənzillərdə qalmalı olublar. 

Ancaq aiddiyatı qurumlara müraciət edilsə də, bu işlə maraqlanmayııblar. Ona görə də sakinlər özləri eyvanın alt hissəsinə müvəqqəti olaraq taxta dirək qoymalı olub. Piləkanlardan yuxarı qalxmaq nə qədər təhlükəli olduğunun biz də müşahidə etdik. Eyvanda hərəkət etmək demək olar ki, mümükünsüz idi.

Bütün bu problemlərlə bağlı Nərimanov rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, həmin yaşayış sahələri qəzalı binalar siyahısına daxildir. Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə qəzalı vəziyyət aradan qaldırılacaq. O, cümlədən sözügedən binada gələn həftədən yenidənqurma işlərinə başlanacaq. Ona görə də sakinlərə gələn həftəyə qədər də səbr etmək qalır.