Slavyanskda 2 rus jurnalist qaçırıldı

7 İyun 2014 19:00 (UTC+04:00)
Rusiyanın "Zvezda" telekanalının jurnalistləri Andrey Suşenkov və Anton Malışev ötən gecə Slavyansk şəhərində itkin düşüb. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki , jurnalistlər Ukraynanın yeni selimiş prezidenti Pyotr Poroşenkonun and içmə mərasimini işıqlandırmaq üçün yollanıblar. 

Telakanal rəhbərliyinin məlumatına görə, jurnalistlər Ukraynanın Slavyansk şəhərində sərhəd keçid məntəqəsində yoxlanıldıqdan yoxa çıxıblar. Onlarla əlaqə saxlamaq mümkün olmayıb.

Telekanal rəhbərliyi jurnalistləri "Sağ sektorun" fəalları və ya Ukrayna Milli Qvardiyasının əməkdaşlarının qaçırdığını iddia edir.

Rusiyanın Ukraynadakı səfirliyi isə "Zvezda" telekanalının 2 jurnalistinin Slavyanskda itkin düşməsi barədə ATƏT-i məlumatlandırıb.