ABŞ prezidenti Barak Obamanın Normandiyada saqqız
çeynəməsi fransızların xoşuna gəlməyib. Movqe.az ANS PRESS-ə
istinadən xəbər verir ki, fransızlar ABŞ prezidentinin II dünya
müharibəsində Fransanın Normandiya əyalətinə desant çıxarmasının 70
illiyi ilə bağlı təşkil edilmiş mərasimdə saqqız çeynəməsini tənqid
atəşinə tutublar.
B.Obamanın bu hərəkəti sosial şəbəkərlərdə
müzakirə edilib. Fransızlar bir mənalı olaraq ABŞ prezidentinin
mərəasimdə saqqız çeynəməyinə qarşı çıxıb.
Xatırladaq ki, ABŞ prezidenti Barak Obamanın
2013-cü ilin dekabrında Cənubi Afrika Respublikasının prezidenti
Nelson Mandelanın dəfn mərasimində saqqız çeynəməsi də tənqid
edilmişdi.
Bəzi məlumatlara görə, siqareti yeni tərgidən
Barak Obama nikotinli saqqızlara üstünlük verir.