Sabah 36 dərəcə isti olacaq

7 İyun 2014 18:29 (UTC+04:00)
İstirahət günü mülayim hava şəraiti gözlənilir. Movqe.az xəbər verir ki , Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında istirahət günü hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında mülayim şimal küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturunun gecə 17-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. 

Havanın temperaturunun gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.