FHN-dən zəlzələ açıqlaması

7 İyun 2014 19:12 (UTC+04:00)
Bakıda baş verən zəlzələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. Movqe.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkan 7 may 2014-cü il tarixində saat 11:05-də episentri Xəzər dənizində olmaqla zəlzələ qeydə alınıb.

Zəlzələ Bakı şəhərində 3,0 bal gücündə hiss olunub. İnsan tələfatı və dağıntı olmayib.

Qeyd edək ki, bu səhər Xəzər dənizində də zəlzələ olub. Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar ötən gecə yerli vaxtla saat 01:34-də qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.1 bal olub. 

30 km dərinlikdə baş vermiş yeraltı təkanlar hiss edilməyib.