Pişiyin əmri ilə ögey atasını doğradı

7 İyun 2014 20:00 (UTC+04:00)
Ev pişiyi 31 yaşlı kişiyə öz atasını öldürməyi əmr edib. Təbii ki, cinayət yerinə gələn polislər qatilə inanmayıblar və pişik bu məsuliyyətdən uzaqlaşdırılıb.

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, Çuvaşiyada ögey atasını öldürən 31 yaşlı kişiyə cinayət işi açılıb. İstintaq ehtimal edir ki, şübhəli şəxs mübahisənin gedişatında ögey atasına 15 bıçaq zərbəsi endirib. 

Zərbələr boyun, qarın və sinə hissəsinə dəyib. Zərərçəkmiş aldığı yaralardan keçinib. 

Saxlanılan şəxs öz günahını inkar etmir. Lakin o, çox qəribə bir iddia irəli sürüb. O, törətdiyi cinayəti belə izah edib; bu əmri ona evin pişiyi verib.

Pişiyin sifarişini yerinə yetirdikdən sonra mükafatlandırılıb-mükafatlandırılması barədə isə bir şey deməyib.

Pişiyin əmri ilə adam öldürən kişi məhkəmə-psixiatrik ekspertizadan keçiriləcək.