Rus payası

2 İyul 2012 17:48 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Ruslar, Cənub Kipr banklarındakı sərmayələrini başqa ölkələrə yönəltməyə başlayıb. Bu istiqamətdə Rusların Cənubi Kipr banklarındakı on milyonlarla avro məbləğindəki sərmayələrini İsveçrə və Maltadakı banklarınaa daşıdıqları açıqlandı.

Cənubluların "Alithia" qəzeti "Ruslar sərmayələrini Malta və İsveçrəyə qaçırdılar" başlığıyla yaydıqları xəbərdə rus sərmayədarlarının "Laiki Bank"dan qaçışının Cənubi Kipr lideri Dimitris Xristofiasın keçən ay Avstriyaya reallaşdırdığı ziyarət əsnasında etdiyi açıqlamadan sonra reallaşdığını yazır. Qəzet Cənubi Kipr iqtisadiyyatını "günahsız" göstərmək məqsədiylə bank sistemini pisləyən fikirlərdən sonra müşahidə edildiyini açıqlayıb.

Xəbərə görə rus sərmayələrinin başqa Cənubi Kipr banklarından da geri alınması ehtimalı yüksəkdir. Cənub Kiprin Avropa Birliyinin təstəklədiyi ölkələr sırasına girməsi sərmayəçilərin qorxusunu aradan qaldırmalı idi.