Almaniya yığması Ermənistana "divan tutdu" (VİDEO)

7 İyun 2014 22:01 (UTC+04:00)
Almaniyanın Maynts şəhərində yerli komanda ilə Ermənistan yığması arasında yoldaşlıq oyunu keçirilib. 

Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, qarşılaşma Almaniya yığmasının 6:1 hesablı qələbəsilə yekunlaşıb. Baxmayaraq ki, oyunun 70-ci dəqiqəsinədək hesab 1:1 olub. 70-ci dəqiqədən sonra Almaniya yığması 5 dəqiqə ərzində rəqib qapıya üç dəfə yol tapıb. 82-ci və 89-cu dəqiqələrdə iki qol vuran Mario Qötze qələbəni rəsmiləşdirib. 

Qollar: Andre Şürle 52-ci dəqiqə, Lukas Podolski 72-ci dəqiqə, Benedikt Xevedes 73-cü dəqiqə, Miraslav Kloze (76), Mario Qötse 82, 89-cu dəqiqə, Henrix Mxitaryan 70-ci dəqiqə pelantidən.