Ağcabədi və Astarada yanğın
8 İyun 2014 11:09 (UTC+04:00)
Ağcabədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi
120 kv.m olan tövlənin yanar konstruksiyaları 70 kv.m sahədə
yanıb.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Astara rayonunun Tüləküvan kəndində isə vətəndaşa
məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin dam örtüyünün yanar
konstruksiyaları 36 kv.m sahədə və damına yığılmış 2 ton ot
bağlaması yanıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə
olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən
söndürülüb.