Bir nəfər liftdən xilas edildi
8 İyun 2014 12:18 (UTC+04:00)
Bakıda bir nəfər liftdən xilas
edilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
FHN-nin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən,
Bakı şəhəri, Xətai rayonunda on yeddi mərtəbəli yaşayış binasının
liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən
16-cı mərtəbədə dayanıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət
etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə
endirmiş qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait
yaradıblar.