Döyüşçülərimiz kubalılarla bacarmadı
8 İyun 2014 17:01 (UTC+04:00)
İyunun 7-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində
Dünya Boks Seriyası (WSB) Liqasının 20132014-cü illər mövsümünün
final mərhələsinin ikinci görüşü keçirilib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
həlledici mərhələdə Azərbaycanın "Baku Fires" komandası Kubanın
"Cuba Domaderos" kollektivi ilə qarşılaşıb.
Turnirdə Elvin Məmişzadə (52 kq, "Baku Fires")
Gerardo Servantezə ("Cuba Domaderos"), Albert Səlimov (60 kq)
Lazaro Alvaresə, Arslanbek Mahmudov (91 kq-dan yuxarı) Xose
Larduetə qalib gəlib. Məhəmməd Nuruddinov (69 kq, "Baku Fires")
Roniel İqlesias Soqolonqoya, Mixail Dolqolevets (81 kq) isə Xulio
Sezar de la Kruza məğlub olub. Beləliklə, görüş "Baku Fires"in 3:2
hesablı qələbəsi ilə yekunlaşıb.
Komandalar arasında keçirilmiş ilk görüşdə "Cuba
Domaderos" eynihesablı qələbə qazandığı üçün 69 kiloqram çəki
dərəcəsində əlavə görüş keçirilib. Bu görüşdə boksçumuz Yevgeni
Romaşkeviç Arisnoidis Despaigneyə məğlub olub. "Cuba Domaderos"
komandası WSB Liqasının 20132014-cü il mövsümünün qalibi
olub.