ABŞ gəmiləri 282 miqrantı xilas etdi

8 İyun 2014 17:06 (UTC+04:00)
Amerika Birləşmiş Ştatlarının Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilər Aralıq dənizində batan gəmidən 282 miqrantı xilas edib. 

Movqe.az ANS PRESS-ə istiadən xəbər verir ki, miqrantlar 6 kiçik gəmidə olublar və həmin gəmilərdən biri batmağa başlayıb. Amerikalı dənizçilər İtaliya dəniz patrulundan ismarıc aldıqdan sonra miqrantların köməyinə çatıb. 

Xilas edilən miqrantlar lazımi tibbi yardım göstərildikdən sonra Malta silahlı qüvvələrinə məxsus gəmilərlə Maltaya göndəriliblər. 

Qeyd edək ki, hər il minlərlə afrikalı və ərəb miqrant hərbi münaqişələrdən və yoxsulluqdan qaçmaq üçün Avropaya gedərkən gəmi və bərə qəzalarının qurbanı olur.