Misirin yeni prezidenti bu gün and içəcək
8 İyun 2014 18:00 (UTC+04:00)
Bu gün Misirdə yeni seçilmiş prezident Əbdül
Fəttah əl-Sissinin andiçmə mərasimi
keçiriləcək.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu
münasibətlə paytaxt Qahirədə təhlükəsizlik tədbirləri ən yüksək
həddə çatdırılıb. General əl-Sissi Ali Konstitusiya Məhkəməsinin
binasında and içəcək.
Əbdül Fəttah əl-Sissi ötən prezident seçkilərində
səslərin 96,9%-ni qazanaraq qalib olmuşdu. General öz sələfi
Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasında aparıcı rol
oynamış, bundan sonra əhalinin böyük hissəsinin dəstəyini
qazanmışdı.