Dünya Kubokuna hazırlaşan Belçika komandası
Brüsseldə Tunisi qonaq edib.
Movqe.az ANS PRESS-ə istinadən xəbər verir ki,
qarşılaşma dolu yağması səbəbindən 23-cü dəqiqədə dayandırılıb.
Matçın hakimi Viktor Kassayi Brüsseldə dolunun gücünün
artırmasından sonra oyunu dayandırmaq məcburiyyətində qalıb. Dolu
dənələrinin qolf topu böyüklüyündə olması oyunçuların sağlamlığını
təhlükəyə atdığı üçün 45 dəqiqəlik fasilə
yaranıb.
Dolunun dayanmasından sonra isə qarşılaşma qaldığı
yerdən davam edib. Belçika 1:0 hesabı ilə oyundan qələbə ilə
ayrılıb.
Qeyd edək ki, Belçika Dünya Kubokunun final
mərhələsinə hazırlaşır. Komanda çempionatda ilk matçını Əlcəzairə
qarşı 17 iyunda oynayacaq.